Bakıda 4-cü sinif şagirdinin itkin düşməsi ilə bağlı açıqlama verilib.
220 nömrəli məktəb-liseyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 06.02.2023-cü il tarixində 220 nömrəli məktəb-liseyin 4t (fərdi təhsil) sinfində təhsil alan 1 nömrəli Uşaq evinin sakini (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) birinci dərs bitdikdən sonra tənəffüs zamanı məktəbin digər korpusuna keçərək binadan çıxıb və məktəb ərazisini tərk edib:
“Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və Uşaq evinə məlumat verilib”.
10:50
Bakıda uşaq evində yaşayan şəxs məktəbdən çıxaraq itkin düşüb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü Rzayev Mikayıl Samir oğlu 06.02.2023-cü il tarixində təhsil aldığı məktəbdə birinci dərsdən çıxıb və bir daha geri qayıtmayıb.
Fakt üzrə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.
İlhamə Əbülfət