Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 24-ü, saat 08:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfərə ilkin tibbi yardım göstərilib, bir nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Zəruri tibbi xidmət göstərilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı dörd nəfər tüstüdən zəhərlənib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanıb:
"Yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğınsöndürmə işləri zamanı binanın 12-si azyaşlı olmaqla 44 sakini təxliyə edilib. Eyni zamanda hadisə zamanı 4 nəfər təcili-tibbi yardıma zəhərlənmə barədə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə qısaqapanma nəticəsində baş verib. Digər mənzillər yanğından mühafizə olunub".
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Oxu.Az-a bu barədə FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Oxu.Az-a bu barədə FHN-dən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.



Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğının baş verdiyi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.
Oxu.Az xəbər verir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
Çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar polis əməkdaşları da hadisə yerinə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.





Bakıda yaşayış binasında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"112 qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova