Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan iki otaqlı mənzildə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə nəticəsində mətbəxdə bir ədəd paltaryuyan, bir ədəd qaz sobası yanıb.
Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.