Oktyabrın 12-də saat 18 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1960-ci il təvəllüdlü Əlövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1967-ci təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bakının Yasamal rayonunda 64 yaşlı kişi bıçaq xəsarətləri alıb.
APA xəbər verir ki, hadisə metronun "Elmlər Akamdemiyası" stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1960-ci il təvəllüdlü Əlövsət Ənvər oğlu Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib.
Rəylər