Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.