Bakının Nərimanov rayonunda 26 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Məltəm Asif qızı Şahabbaslı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər