Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Bildirilib ki, hadisə ötən gecə Ziya Bünyadov prospektində, "Çermet" körpüsü yaxınlığında qeydə alınıb.
Vətəndaşın iddiasına görə, "Mitsubishi Pajero" avtomobili yol kənarında dayanan 99-SF-156 dövlət nömrə nişanlı VAZ-2107 və 99-FR-678 dövlət nömrə nişanlı "Daewoo Nexia" avtomobillərinə çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb.
Qeyd olunub ki, qəza zamanı parklanmış avtomobillərin sahibləri hadisə yerində olmayıblar. Avtomobillərə ciddi ziyan dəyib.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.