Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Bakıda zəncirvari qəza tıxaca səbəb oldu - FOTO
Bakının Sabunçu rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Zabrat-Balaxanı yolunun kəsişməsində qeydə alınıb.
Belə ki, zəncirvari qəza “Tofaş”, “Khazar”, “Mercedes” və KIA markalı minik avtomobillərinin iştirakı ilə baş verib.
Hadisə nəticəsində “Tofaş” yararsız vəziyyətə düşüb.
Qəzada sözügedən minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Qəza səbəbindən Zabrat yolunda uzun tıxac yaranıb.
Hadisənin təfərrüatı araşdırılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar