“Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb”.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar.
16:09
Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bununla bağlı FHN məlumat yayıb.
13:34
Bakıda sexdə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
View this post on Instagram
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Foto/Video
- Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video
- Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
- "Zəng etdi ki, ev alışıb yanıb" - Bakıda mənzildə baş verən yanğının şok səbəbi - Video
- Sumqayıtda piyadaları vuran avtomobil yandı - Foto/Video
Digər xəbərlər
