Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıdakı tıxacların səbəbləri nələrdir? - AÇIQLAMA + VİDEO
“Necə olur ki, restoranın qabağında maşını saxlamaq olar, amma aptekin qarşısında saxlayanda cərimə yazılır?”.
Bunu deputat Əli Məsimli Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
“Bu məsələyə aydınlıq gətirmək lazımdır. Çünki insan çıxılmaz vəziyyətdə ola bilər, buna görə də heç nəyə diqqət etmədən aptekin qarşısında maşını park edə bilər”, - deputat qeyd edib.
Ə.Məsimli Bakıdakı tıxac məsələsinə də toxunub.
O bildirib ki, dövlət hakimiyyət orqanlarının binaları və ali məktəblər daim Bakının mərkəzində olduğu müddətcə paytaxtın yüngülləşdirilməsinin həlli istiqamətində ciddi işlərin görülməsi çətin olacaq.
Ətraflı Baku TV-nin süjetində:

"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"