Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"BakıKart"ın adından dələduzluq kampaniyası həyata keçirilir
"BakıKart" nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verilib.
Bildirilib ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.
"Elektron Təhlükəsizlik Xidməti" teqi üzrə xəbərlər
- Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ
- Əhaliyə XƏBƏRDARLIQ: Bank kartlarınızdan pul oğurlana bilər
- Qlobal problemlə bağlı dövlət xidmətindən ÇAĞIRIŞ
- Alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
- Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara bank kartları ilə bağlı ÇAĞIRIŞ
Rəylər