“Sözügedən prospektdə yolun bir hissəsində mövcud olan problem qısa müddət ərzində aradan qaldırılacaq”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, problemlə bağlı xəbərdardırlar:
“Məlumatımız var. Artıq tədbirlər görülür. Qısa müddətə problem aradan qaldırılacaq”.
11:24
Bakıda hərəkətdə olan nəqliyyat vasitəsi yolun dağılmış hissəsindən keçərkən təkərləri partlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Söhbət paytaxtın əsas mərkəzi sayılan Heydər Əliyev prospektindən gedir. Yolun bir hissəsinin asfalt örtüyü dağılaraq dəlik əmələ gəlib və oradan keçən nəqliyyat vasitələrinə ciddi maddi ziyan vurur.
Gecə saatlarında sözügedən ərazidən keçən nəqliyyat vasitələrinin sürücüsü onu görmür və ən yaxşı halda maşının təkərləri partlayır. Belə hal qəza şəraitinə də səbəb ola bilər.
Paylaşıma rəy bildirən sosial şəbəkə istifadəçiləri isə yolun uzun müddətdir bu vəziyyətdə olduğunu, aidiyyəti qurumların bu məsələyə diqqət yetirmədiyini iddia ediblər.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli
Rəylər