Son günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür görüntüləri tirajlaması və bunun cəmiyyətin bəzi fərdləri tərəfindən normal qəbul edilməsi təəssüf doğurur. Bu hallar 30-40 il əvvəl yox idi desək, doğru olmaz. Sadəcə o vaxt texnologiya bu qədər inkişaf etmədiyindən cəmiyyət olaraq insanların yataq otağına bir bu qədər “hakim” olunmurdu.
Hətta bəzi hallarda gənclərin və ya ailəli şəxslərin bir başqa qadınlarla (kişilərlə) intim görüntüləri də yayılıb. Bu, heç də yaxşı hal deyil. Bu kimi hallara paytaxtla yanaşı bölgələrdə də rast gəlinir.
Heç kimə sirr deyil ki, Bakıda “masaj salonu” adı altında intim xidmətləri göstərilir. Lakin bu hallarla mübarizə aparmaq üçün vəziyyətdən razı deyil, narazı olanların sayı çox olmalıdır.
Məsələ bundadır ki, bu mövzuda aparılan anonim söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləsə də, ictimaiyyət qarşısında “mentalitet” deyərək üsyan edir, qəti şəkildə “olmaz” deyirlər.
X.Rəhimov qeyd edib ki, vətəndaş barədə hotel rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib:
“Paylaşılan məlumat yanlışdır, bizə aid deyildir. Biz də istərdik ki, həmin şəxsi tapmaqda bizə köməklik göstərilsin. Təəssüf ki, son dönəmlər sosial şəbəkələrdə bu kimi videolar paylaşılır. Vətəndaş olaraq biz də təəssüf hissi keçiririk. Yəqin ki, bu kimi məsələlərdə yanlış məlumat paylaşanlar barədə hüquqi müstəvidə tədbir görülər. Bununla bağlı şirkət rəhbərliyinə və hüquqşünaslara da lazımı tapşırıqlar veriləcək”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə əlaqədar nazirliyə daxil olan iddialarla bağlı araşdırmalar aparılır.
“Hazırda ölkədə əxlaqsız yuvası kimi fəaliyyət göstərən hər hansı ictimai iaşə obyekti, hotel haqqında DİN Mətbuat Xidmətində heç bir məlumat yoxdur”.
Könül Cəfərli