Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının hansı küçələrində sıxlıq var? - 23.04.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
- Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
- Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
