Bu barədə “Mir” telekanalının reportajında deyilir, Vesti.Az xəbər verir.
Ekspertlərin fikrincə, xarici ağacların xəstəlikləri, həmçinin həşəratların sürfələri yerli bitkiləri məhv edə bilər.
“Bu, bizim relikt ağaclarımızın, torpaqların məhv olmasına və epidemiyanın bütün regionlara yayılmasına səbəb olur” – deyə, ekoloq Telman Zeynalov hesab edir.
Həkimlərin də narazılıq üçün səbəbləri var – Bakının parklarında ekzotik bitkilərin peyda olması ilə paytaxt sakinləri allergiyadan şikayətlənməyə başlayıblar.
Həkimlərin sözlərinə görə, Azərbaycanda ekzotik bitkilərə qarşı allergiya bir neçə il əvvəl peyda olub. O zaman paytaxtın parklarında nadir bitkilər əkməyə başladılar. Ekzotik allergiya adi allergiya ilə müqayisədə daha ağır keçir.
“İnsan dayanmadan asqırmağa başlayır, bir neçə saatdan sonra gözlərin ətrafında şişlər peyda olur, iştah korlanır. Bizə edilən çoxsaylı müraciətlərdən sonra müəyyənləşdirdik ki, bunlar xarici bitkilərin əkildiyi parklarda tez-tez gəzən pasiyentlərdir. Əsasən uşaqlar allergiyaya məruz qalır” – deyə, həkim-allerqoloq Sevda Rzayeva hesab edir.
Azərbaycan üçün xarakterik çinar və söyüd ağaclarının yerinə nə üçün kaktus və palmaların əkilməsi barədə sualı Bakının meri Hacıbala Abutalıbov cavablandırıb.
“Bunlar gözəl, hündür ağaclardır və uzunömürlükləri ilə fərqlənirlər. Təəssüf ki, bizdə belə bitkilər yoxdur və biz onları xaricdən gətirməyə məcburuq” – deyə, mer bildirib.
Lakin məmurlar ekoloqlar və həkimlərin fikrinə də qulaq asıblar. Ekzotik gəlmələri yerli ağaclarla qarışdırmaq üçün meriyada paytaxtın ən böyük parkında – Bakı bulvarında palıd və çinar ağacları əkməyə başlayıblar.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin