Paytaxtın bəzi küçələrində nasazlıq müşahidə edilən işıqforların fəaliyyəti bərpa edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmisi Rauf Mirqulamov məlumat verilib.
O bildirib ki, problem elektrik enerjisinin verilişi ilə əlaqəli olub:
“Sözügedən Zahid Xəlilov küçəsi və Ə.Haqverdiyev küçələrində, həmçinin Haqverdiyev və Əhməd Cəmil küçələrində nasazlıq artıq aradan qaldırılıb”.

Könül Cəfərli
11:04
Bakıda mərkəzi yollarda iki işıqforun fəaliyyətində problem yaranıb.
Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində işıqfor işləmir. Bundan əlavə Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki işıqforun fəaliyyətində də nasazlıq yaranması sürücülərə problem yaradıb.