Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının mərkəzində mədəni irsimizə hörmətsizlik: Tarixi binanın fasadını QARA BOYA İLƏ YAZDILAR
Bakının mərkəzində, Nizami küçəsində məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin ev muzeyi yerləşən binanın üstündə qara boya ilə yazılar yazılıb.
Oxu.Az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial hesabında paylaşım edib.
Memar qeyd edib ki, Q.Qarayevin ev muzeyinin olduğu bina tarixi binadır və dövlət tərəfindən qorunur. Onun üzərində qara boya ilə bu şəkildə yazı yazılması yolverilməzdir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən memarlıq abidəsinin fasad hissəsinə edilmiş müdaxilə aradan qaldırılıb, yazılar silinib.
"Bir daha bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik", - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"
- "Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"
- Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir: "Mənə kömək edən yoxdur"