Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının mərkəzindəki qanunsuz tikintilər sökülür - FOTO/VİDEO
Bakıda Akademik Həsən Əliyev küçəsində qanunsuz tikintilər sökülür.
FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən birgə tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir.
Belə ki, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab verməyən, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan, tikintisinə icazə alınmadan, layihədən kənar tikilən, o cümlədən yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan, layihə sənədləri təqdim edilmədən inşa olunan və bununla da insanların həyat və sağlamlığına potensial təhlükə yaradan tikililər sökülür.
Həyata keçirilən tədbirlərin məqsədi qanunsuz aparılan tikinti işlərinin qarşısını almaqla şəhərsalma və tikinti sahəsində qanunvericiliyin, o cümlədən normativ sənədlərin tələblərinə riayət olunmasını və yanğın təhlükəsizliyini təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən vətəndaş Cəmilə Səfərəliyevaya məxsus qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır və xatırladır ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
- Yeddi uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salındı - SƏBƏB
- Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq
- Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu
- Bakıda su quyusuna düşən gənc xilas edilib
Rəylər