Bu gün Baku TV-nin fəaliyyətə başlamasının 4 ili tamam olur.
2018-ci ilin 18 fevralında izləyicilərə etibarlı və dəqiq xəbərlər vermək üçün yola çıxan internet televiziyası “YouTube”la yanaşı, digər sosial şəbəkələrdə də cəmiyyəti operativ informasiya ilə təmin edir.
Kiçik komanda ilə böyük işlərə imza atan Baku TV 44 günlük Vətən müharibəsi dövründə də dəqiq və peşəkar xəbərin mənbəyi oldu.
Yoluna böyüyərək davam edən Baku TV “YouTube”da yarım milyona yaxın abunəçi sayı ilə indi daha geniş auditoriyaya xitab edir. Həmçinin keçən il kanalın rus dilli redaksiyası yaradılıb. Artıq izləyicilərə rusca da xəbər çatdırılır.
Qeyd edək ki, Azərbaycan və dünyada baş verən hadisələri xəbər edən Baku TV 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və “YouTube” xəbər kanalı seçilib.