Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Baku TV “KATV1”də yayıma başladı - VİDEO](https://images.oxu.az/2023/05/08/16/10/01/a12bf416-5474-4956-b199-62f64b80741e/KaTV sayt:1200.png)
Baku TV “KATV1”də yayıma başladı - VİDEO
Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.
2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən “KATV1” abunəçiləri də izləyə biləcəklər. Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidirlər.
Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq “Connect TV”də yayımlanıb.
![](https://img.youtube.com/vi/JrQXF76cSaI/sddefault.jpg)
Rəylər