BAKU.TV efirdə loqosu ilə yanaşı #EVDƏQAL həştəqi yerləşdirilib.
Bu addımla BAKU.TV əhalinin diqqətini koronavirusun yayılma zəncirini qırmağın vacibliyinə yönəltmək istədiyini bildirib.
Qeyd edək ki, virusa yoluxma ehtimalını azaltmaq üçün insanlar yaxın təmaslardan çəkinməlidirlər.
Məhz evdə qalmaqla, sosial izolyasiya tədbirləri ilə bağlı dövlət qurumlarının tövsiyələrinə əməl etməklə koronavirusun kütləvi yayılmasının qarşısını almaq mümkündür.
Eyni zamanda BAKU.TV-nin efirində koronavirusa qarşı mübarizədə dövlət tərəfindən görülən işlər mütəmadi olaraq işıqlandırılır. Əhaliyə vacib və maarifləndirici məlumatlar çatdırılır.