Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Balakəndə pirotexniki vasitələrin satışı ilə məşğul olan bərbər məsuliyyətə cəlb olunub - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Püştətala kəndində yerləşən bərbərxanada orada fəaliyyət göstərən O.Gondolov tərəfindən pirotexniki vasitələrin gizli şəkildə satıldığı müəyyən edilib. Bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində istifadəsində olan “VAZ” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitə, partlayıcı və tezalışan maddələr satan şəxs müəyyən olunub.
Hər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
"Balakən" teqi üzrə xəbərlər
- Balakən kanat yolu niyə yeddi ildir bağlıdır?
- Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
- Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar
- Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub