Bərdə rayonunda boğulma hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.
Rayon sakini Vidadi Musayev balıq tutarkən ayağı sürüşərək gölə düşüb. Köməksiz qalan V.Musayev suda boğulub.
Faktla araşdırma aparılır.