Son zamanlar fırıldaqçılığın yeni bir üsulu da kəşf olunub. Artıq bir çox Qərb ölkələrində bu kəşf sınaqdan belə keçirilib. Bu dəfə də hədəf obyekti bankomatlardır. Belə ki, ATM-lərin içərisinə yerləşdirdikləri yapışqanlı qurğularla pul çıxarmaq istəyən vətəndaşların alacağını öz xəzinələrində gözlədirlər.
ATM-lərin pul vermə gözünün içərisinə yerləşdirilən alət yapışqanıyla pulun çölə çıxmasına maneə yaradır. Pulunu ATM-dəki texniki bir qəza üzündən ala bilmədiyini düşünən vətəndaşlar isə müştəri xidmətlərinə zəng vuraraq sorğu verirlər və ATM-dən uzaqlaşırlar. Kart sahibinin getdiyini görən fırıldaqçılar isə ATM-ə yaxınlaşaraq, qurğuya yapışmış şəkildə gözləyən pulları götürür və gözdən itirlər.
Bununla üzləşən vətəndaşlar ATM-də pul çəkmə əməliyyatını təsdiqlədikdən sonra pullarının sayılma səsinə qədər eşitdiklərini, ancaq gözdən pul çıxmadığını gördükdə, limit məlumatlarına nəzarət etdiklərini deyirlər. Alacağı ödənişin saldodan çıxıldığını gördükdə, banka müraciət ediblər və fırıldaqçılıq hadisəsinin olduğu ortaya çıxıb.
Qeyd edək ki, bir müddət bundan öncə Azərbaycanda da buna bənzər bir fırıldaqçılqı aşkarlanmışdı. Çin vətəndaşı olan cinayətkar qrup ATM-lərə yerləşdirdikləri xüsusi qurğu ilə kartları oxuyur və pulları öz hesablarına köçürürmüşlər.
Bundan əlavə, “Milli ön” terminallarında da fırıldaqçılıq qeydə alınmışdı. Terminallara külli miqdarda saxta pul daxil edilmişdi. (faktxeber)