Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bankomatlardan çıxan yararsız əsginaslara görə məsuliyyəti kim daşıyır? - AÇIQLAMA + FOTO
Vətəndaş Azərbaycan Beynəlxalq Bankının (ABB) ATM-lərindən çıxan əsginaslardan narazıdır.
Oxu.Az xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkədə paylaşım edib. Paylaşımda ötən gün sözügedən bankın ATM-sindən məbləğ çıxarılan zaman pulların hamısının zədəli olması əksini tapıb:
“Əsginasların yarısının bir hissəsi olmayıb, digərləri isə zədəli və yararsız vəziyyətdə olub”.
Məsələ ilə bağlı ABB sorğu ünvanladıq. Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar kütləvi xarakter daşımır:
“Ola bilər ki, hansısa texniki səbəbdən belə bir istisna hal baş verib. Müştəri ABB-nin istənilən filialına yaxınlaşaraq, əsginasları dəyişə bilər. Ümumən inkassasiya zamanı yararsız əsginasların bankomatlara daxil edilməməsi üçün ABB-də lazımi yoxlama-nəzarət tədbirləri mütəmadi şəkildə həyata keçirilir”.
Könül Cəfərli
Rəylər