Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB
"Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalarda daha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edir:
"Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilin mövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.
Yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə XƏBƏRDARLIQ EDİB
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: "Ətrafdakı insanları nəzərə alın"
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- BDYPİ sürücülərə xəbərdarlıq edib