Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı](https://images.oxu.az/2020/02/29/12/07/58/12c377e2-e49c-4fdf-aa88-5c5c9f7137d2/məktəb:1200.jpg)
Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı
“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü - respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:
“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.
O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır.
İlhamə Əbülfət
Rəylər