Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Başında kista olan körpənin anası: “Dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var” - FOTO
Ayyarımlıq körpənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı Hüseynin başında kista var.
“Hüseyn bu il aprelin 1-də dünyaya gəlib. Doğulduğu ilk günlər hər şey qaydasında olsa da, sonra vəziyyəti ağırlaşdığı üçün küvəzə qoyuldu. Müxtəlif müayinələrdən sonra isə övladımın başında kista olduğu və reflekslərinin zəif olduğu müəyyən edildi”.
Leyla Əsədova bildirib ki, övladının dərmanlarını almağa imkanları yoxdur.
“Bizə sizin saytın izləyiciləri çox kömək ediblər. Mənim Hüseyndən başqa iki övladım da var. Hər biri fərqli xəstəlikdən əziyyət çəkir. Uşaqların vəziyyətinə görə mən işləyə bilmirəm, tək yoldaşım işləyir. Bir maaşla da üç uşağın müalicələri, dərmanları və qidalarını çatdırmağımız mümkün deyil. Hüseynin hazırda dərmanlarını və xüsusi qidalarını almağa imkanımız çatmır. Hazırda 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma kömək olmalarını xahiş edirəm”.
Qeyd edək ki, ailənin Zəhra və Gülnarə adlı iki qızı da var. Gülnarə böyrək çatışmazlığından, Zəhra isə “spina bifida” (onurğa beyninin anadangəlmə inkişaf qüsuru – red.) xəstəliyindən əziyyət çəkir.
Kart: 5522 0993 5719 0784
Ailə ilə əlaqə: 070-982-76-26
Rəylər