Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Batma təhlükəsində olan üç nəfər xilas edildi
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üç nəfər dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
Xilasetmə zamanı qeydə alınan görüntüləri təqdim edirik: