AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi “Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündən bəri başlayan monitorinqi davam etdirir.
AMEA-dan Oxu.Az-a verilən məlumata görə, aparılan monitorinqə qurumun baş direktoru Qurban Yetirmişli rəhbərlik edir.
Seysmoloji xidmətin əməkdaşları ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırıblar.
RSXM tərəfindən Bayıl dərəsinin yamacları boyunca (“Teleqüllə” kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər parametrlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.
Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək.
E.Ə.
www.oxu.az