Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bayram tətilinə görə imtahan nəticələri gec açıqlanacaq? - DİM cavab verdi
2 və 9 mart tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bayram tətili səbəbindən nəticələr qeyd olunan vaxtdan gec açıqlana bilərmi?
Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı Teleqraf.az-ın sorğusuna cavab verib.
"Birinci imtahan martın 2-də keçirilib. İmtahanın açıqlanacağı müddət 6 həftə ərzində qeyd olunub. Hələ vaxta var. Əgər hər hansı dəyişiklik olarsa, məlumat veriləcək",- Mərkəzdən bildirilib.
"Buraxılış imtahanları" teqi üzrə xəbərlər
- Azərbaycanda ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilib
- Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb
- Aprelin 6-da keçirilən imtahanların nəticələri elan olunub
- İmtahanlarda yüksək bal toplayanlar çoxalır: Suallar asanlaşıb?
- Mayın 4-də Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək