Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BDU-nun professoru vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib.
Oxu.Az-ın məumatına görə, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib.
“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!” - Ə.Hacıyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Ş.Vəliyev fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. Bir sıra əsərləri, kitabları nəşr olunub. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Ş.Vəliyev, eyni zamanda, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.
Rəylər