2 yaşlı Ayanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Hənifə Ağayeva məlumat verib.
O bildirib ki, qızı 40 gün əvvəl yaşadıqları fermada yanıb.
“Biz Goranboyda fermada yaşayırıq. 40 gün əvvəl Ayan qaçarkən qaynar samovarı üzərinə aşırıb. Üzü, qarnı və kürəyi yanıb. 10 günə yaxın Bakıda yerləşən xəstəxanalardan birində müalicə alsaq da, imkanımız olmadığı üçün oradan da çıxmalı olduq. Hazırda övladımın müalicələri üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. İnanın vəziyyətimiz çox ağırdır, yaşamağa evimiz belə yoxdur. Uşaqlarım bir gün ac, bir gün tox olurlar. Həkimin yazdığı mazları, dərmanları ala bilmirik, Ayanın yaraları su toplayır”.
Kart hesabı: 4169 7388 2116 1530
Ailə ilə əlaqə: (070) 348-94-24