Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
Sabah bələdiyyə seçkisi ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.
Oxu.Az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatmalıdır.
Beləliklə, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisi ilə əlaqədar bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- İndiyə qədər neçə nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb?
- Azərbaycanda gələn il seçkiyə 35 milyon manatdan çox vəsait sərf olunacaq
- Seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilir
- Bu həftə bələdiyyə seçkisi ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
Rəylər