Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsindən çıxarıldı
Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.
"Qaynarinfo"nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.
Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.
Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Elmin Ağamusa oğlu Həsənova həvalə edilib.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
- "Elektron Hərrac Portalı" vasitəsilə 140 əmlakın realizəsi həyata keçirilib
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu
- Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı
- Şifahi imtahandan keçmiş vəkilliyə namizədlərin SİYAHISI