Bərdə rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Əyricə kəndi ərazisində “VAZ 2106” “QAZ 2400” markalı iki minik avtomobili toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində keçinib, daha 3 nəfər isə ağır xəsarətlər alıb və Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
www.oxu.az