Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin veridiyi xəbərə görə, “Lada 2105” markalı minik avtomobili yolu keçmək istəyən 79 yaşlı Cəfər Salmanovu vurub.
Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğu bildirirlər.
Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.