Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beş dil bilən Ruslanın dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirə bilmirik"
14 yaşlı Ruslanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Qiyafət Abbasova məlumat verib.
O bildirib ki, övladına on ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub:
"Ruslanın 14 yaşı var, ona bir ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub. O vaxta qədər Ruslanda hər şey qaydasında idi. Məktəbə gedir, dərslərini yaxşı oxuyurdu. Öz-özünə beş dil öyrənmişdi. Çox savadlı, zəhmətkeş, sakit uşaq idi. Amma bu xəstəlik onu tapandan övladımı tanıya bilmirəm, özünü döyür, qışqırır, ağlayır. O. məktəbə getməyi, təhsil almağı çox sevirdi. İnanın, indi çölə çıxara bilmirəm. Aylar sonra ilk dəfə təzəlikcə çölə çıxıb".
Qiyafət Abbasova bildirib ki, övladına tək baxır:
"Mən özüm tək anayam, yoldaşım üç il əvvəl vəfat edib. Ruslanın müalicəsi dayandığı zaman vəziyyəti lap ağırlaşır. Daha da aqressiv olur. Son bir neçə aydır sizin izləyicilərin dəstəyi ilə onun müalicələrini edirəm, psixoloq çağıra bilirəm evə. İnanın, müalicənin ona necə yaxşı təsir etdiyini gözümlə görürəm. Hazırda əlimizdəki vəsait tamamilə tükənib. Reseptləri yenidən almağa və psixoloq seanslarına davam etmək üçün 1 000 manata ehtiyacımız var. Aylardır işıq pulunu da ödəyə bilmirəm, 150 manat da ona borcumuz var, qorxuram ki, gəlib kəsərlər. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 986-64-42.
"Kapital Bank": 4169 7388 8565 0717.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
- 18 günlük körpənin anası yardım diləyir: "Uşağa yemək almağa belə pulumuz qalmayıb"
- İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Yaralarını sarımağa bint ala bilmirik"
- Bütün bədəni yanan Sabirin anası yardım diləyir
- Səkkiz yaşlı Hüseynin bir günü qalıb: Təcili dəstəyə ehtiyacı var
Rəylər