Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
Lalə və Leyla Rəhimovaların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Gülnarə Rəhimova məlumat verib.
O, övladlarının əkiz olduğunu bildirib:
"Lalə və Ləmanın bir yaşları var. Doğulandan sonra hər ikisinin başında kista olduğunu öyrəndik. Həmin gündən də müalicələrə başladıq. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, onların sağlamlıqlarına qovuşacaqlarını, normal həyat yaşaya biləcəklərini deyiblər. Son aylar sizin saytın izləyicilərinin dəstəyi ilə onların vəziyyətini yaxşıya doğru apara bilirik".
Gənc ana övladlarının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib:
"Lalə və Ləman beş il sonra dünyaya gəliblər, mən onların yolunu çox böyük həsrətlə gözləmişəm. İndi isə xəstəlikləri məni tamamilə məhv edir. Övladlarımın tam sağalmayacaqlarını düşünəndə ağlım başımdan çıxır. Bu günə qədər bütün müalicələrini etmişik. Hazırda çox çıxılmaz vəziyyətdəyik, müalicə üçün 650 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 511-86-30.
Bank Respublika: 4244 4848 4328 2850.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 12 yaşlı əkiz bacıların dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınarın dəstəyə ehtiyacı var