Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beş yaşlı Aynurun dəstəyə ehtiyacı var: "Atası fəhləlik edir, mən isə evlərə təmizliyə gedirəm"
Beş yaşlı Aynurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mahirə Mirzəyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:
"Aynurun beş yaşı var. İki il bundan əvvəl onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini etməyə başlamışıq. Həkim Aynurun yaşı az olduğu üçün ona böyrək köçürməyin hələ düzgün olmadığını deyir".
Mahirə Mirzəyeva övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:
"Son aylarda Aynurun müalicəsi üçün sizin saytın izləyicilərinə üz tuturuq. Onların dəstəyi ilə müalicəni edə bilirik. Aynurun bir həftə öncə hərarəti qalxdı, inanın, əlimizdə olan nə varsa, onun sisteminə, iynəsinə verdik. Böyrəkləri xəstə olduğu üçün onun hərarətinin olması çox təhlükəlidir. Hazırda Aynurun müalicəsi üçün 500 manata ehtiyacımız var. Yoldaşım fəhləlik edir, mən isə övladıma görə daimi işləyə bilmirəm. Çağıran olanda evlərə təmizliyə, xalça, yun yumağa gedirəm. Aynur bizim yeganə övladımızdır, yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 810-64-17.
Kapital Bank: 4169 7388 8736 3491.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Üç yaşlı Ayazın əməliyyatı üçün 700 manatı çatmır: Təcili Türkiyəyə yollanmalıdır
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Körpə Səlimin dəstəyə ehtiyacı var: Anası yardımsevər şəxslərə səslənir
Rəylər