Bir neçə saat əvvəl saxlanılan gənc fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə B.Hacıyev öz Facebook səhifəsində yazıb.
Bildirilir ki, Bəxtiyar Hacıyevin saxlanılmasına səbəb onun yol polisi əməkdaşları ilə mübahisə etməsi olub.
17:36
Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.
9-cu PB-dən Qafqazinfo-ya məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.
N.О.