Beyləqan rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 25 yaşlı Aişə Xıdırlı ölüb. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.