Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən evdə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 kvadratmetr olan talvar yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.