Beyləqanda iki bacını maşın vurub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 20-də saat 20.00 radələrində Beyləqan şəhərində qeydə alınıb.
Şəhər sakini İlkin Zülfüqarov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerliləri İltimas Məmmədova və onun bacısı Elzanı vurub.
İ.Məmmədova hadisə yerində ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.