Bu gün bəzi məktəblərdə son dərs günüdür.
Oxu.Az xəbər verir ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sabahdan etibarən payız tətili başlayır.
Həmin məktəblərdə təhsil alan şagirdlər üçün tətildən sonrakı ilk dərs günü noyabrın 23-ü olacaq.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə payız tətili noyabrın 16-da başlayacaq. Bu məktəblərdə ilk dərs günü noyabrın 21-i olacaq.
Qeyd edək ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.