Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 15-də saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi-Zəngəzurda 11 mm, Naxçıvan MR-də 10, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında 2 mm-dək təşkil edib.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan və Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-də 11, Aran rayonlarında 15, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.
Rəylər