Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsinin ilkin səbəbi kimi otluq sahənin alışması göstərilir.
Bu barədə hadisə yerinə ezam olunmuş Baku TV-nin müxbiri məlumat verib.
Bildirilir ki, yanğın ətrafdakı evlərə sirayət etməyib.
Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) beş yanğınsöndürmə avtomobili, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus bir yanğınsöndürmə qatarı və 20 nəfərdən artıq şəxsi heyət cəlb olunub.
FHN əməkdaşının sözlərinə görə, yanğın barədə məlumat saat 16:36-da daxil olub, saat 16:55-də yanğınsöndürmə avtomobilləri və şəxsi heyət əraziyə çatıb:
“Yanğın 20 dəqiqə ərzində tam nəzarətə götürülərək məhdudlaşdırılıb. Yanğın saat 18:07-də tam söndürülüb. Xəsarət alan olmayıb”.




17:12
Binəqədi rayonunda quru otluq sahə yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.