Ötən gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi rayonlara qar yağıb.
Oxu.Az xəbər verir ki, artıq bir sıra rayonlar gecədən başlayaraq ağ örpəyə bürünüb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə hazırda Biləsuvar rayonunda da soyuq hava şəraiti müşahidə edilməsi və rayonun ərazisinə qar yağması iddia olunub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi ilə bağlı xəbərdarlıq etdib.
Sözügedən görüntüləri təqdim edirik:
View this post on Instagram