Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Biləsuvarda 8-ci sinif şagirdinin döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Biləsuvarda şagirdin döyüldüyü iddia olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı şagirdin atası paylaşım edib.
Belə ki, hadisə Biləsuvar rayonu İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbdə baş verdiyi bildirilir. Şagirdin atası oğlu T.İmanovun döyüldüyünü qeyd edib.
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib:
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.
Biləsuvar rayon thsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Hazırda şagirdin səhhətində ciddi problem yoxdur. T.İmanov 8-ci sinif şagirdidir".
Nəzrin Vahid
Rəylər