Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Biləsuvarda altı küçəyə şəhidlərin adları verilib - FOTO
Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adları verilib.
“Report”un Muğan bürosunun məlumatına görə, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.
Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.
Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov və Elməddin Əhmədlidir. Artıq sözügedən küçələrə ünvan lövhələri də vurulub.
"Biləsuvar" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər